Avropa Liqası: "Qalatasaray" səfərdə "Barselona" ilə heç-heçə edib

Avropa Liqası: "Qalatasaray" səfərdə "Barselona" ilə heç-heçə edib UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha bir ilk oyunu keçirilib.
Futbol
554
11 Mart , 2022 01:57
Avropa Liqası: Qalatasaray səfərdə Barselona ilə heç-heçə edib

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.

"Report"un məlumatına görə, görə bununla da raundun ilk matçlarına yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olub. "Kamp Nou" stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Arangis, 11. Mussa Diabi, 63

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0

Qol: Munir El-Haddadi, 60

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

23:37

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, günün açılış matçında "Sevilya" İspaniyada İngiltərənin "Vest Hem" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə Munir El-Haddadi vurub.

Komandalar arasında cavab matçı martın 17-də oynanılacaq.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0

Qol: Munir El-Haddadi, 60

Qeyd edək ki, ilk oyun günündə Fransa "Lion"u Portuqaliyada "Portu"nu 1:0, Almaniya "Ayntraxt"ı isə İspaniyada "Betis"i 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi