Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
"Report"un məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq.
Varşavadakı "Wojska Polskiego" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərhələ 1 oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.
Oyun öncəsi "Qarabağ"ın heyətində bəzi itkilər var. Pasport probleminə görə Polşaya gedə bilməyən Donald Gerye böyük ehtimalla matçı buraxacaq. Bundan əlavə, zədəli Mahir Emrelinin də oynaması sual altındadır. Zədəsini yenicə sağaltmış Abdullah Zubir və Xayme Romeronun isə ilk dəqiqələrdən meydanda olacağı gözlənilir.
Rəqibdə isə Jose Kantenin durumuna oyun vaxtı aydınlıq gələcək.
UEFA Avropa Liqası, pley-off mərhələsi
1 oktyabr
22:00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Tobias Ştiler, Kristian Qittelmann Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)
Qeyd edək ki, Ağdam klubu "Legiya" səddini aşsa, ardıcıl 7-ci dəfə avrokubokların qruplarında mübarizə aparacaq. Avropa Liqasında qrup mərhələsinin püşkü oktyabrın 2-də atılacaq.