Avropa Liqası: Kiyev "Dinamo"su "Brügge"ni uda bilmədi

Avropa Liqası: Kiyev "Dinamo"su "Brügge"ni uda bilmədi UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib
Futbol
18 Fevral , 2021 20:55
Avropa Liqası: Kiyev Dinamosu Brüggeni uda bilmədi

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, açılış oyunu Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçika "Brügge"si arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 62-ci dəqiqədə meydan sahiblərindən Mixail Buyalski açıb. Bundan 5 dəqiqə sonra Brendon Mexele bərabərlik qolunu vurub. Cavab görüşü fevralın 25-də keçiriləcək.

Qeyd edək ki, 1/16 final mərhələsinin daha 8 oyunu Bakı vaxtı ilə saat 21:55-də, 7 qarşılaşması isə gecəyarısı başlanacaq.

Son xəbərlər

Orphus sistemi