Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli oldu

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli oldu UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib.
Futbol
18 Avqust , 2020 09:19
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli oldu

UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib. 

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin oyunlarından sonra bu ada İtaliya "İnter"inin hücumçuları Romelu Lukaku ilə Lautaro Martines, İngiltərə "Mançester Yunayted"inin yarımmüdafiəçisi Brunu Fernandeş və İspaniya "Sevilya"sının qapıçısı Yassin Bunu iddialıdır. 

"İnter"in Ukrayna "Şaxtyor"unu 5:0 hesabı ilə məğlub etdiyi oyunda Lukaku və Martines dubl edib. Brunu Fernandeş "Sevilya"ya 1:2 hesabı ilə uduzduqları görüşdə penaltidən fərqlənib. Yassin Bunu isə həmin qarşılaşmada qurtarışları ilə diqqət mərkəzinə düşüb. 

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, avqustun 21-də Avropa Liqasının finalında "İnter" və "Sevilya" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi