Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.
Futbol
10 Dekabr , 2021 01:55
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, bununla da 1/8 finalın və pley-offun bütün iştirakçıları müəyyənləşib.

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" İtaliya "Latsio"nun qonağı olub. Rəqibi ilə qolsuz bərabərə qalan "Cim-Bom" adını 1/8 finala yazdırıb.

"Sarı-qırmızılılar"la yanaşı, Serbiyanın "Srvena Zvezda" komandası da növbəti mərhələyə adlayıb.

UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur

A qrupu

21:45. "Sparta" (Praqa, Çexiya) - "Bröndbü" (Danimarka) - 2:0

21:45. "Lion" (Fransa) - "Reyncers" (Şotlandiya) - 1:1

Xal durumu: "Lion" - 16, "Reyncers" - 8, "Sparta" - 7, "Bröndbü" - 2

B qrupu

21:45. "Şturm" (Qrats, Avstriya) - "Monako" (Fransa) - 1:1

21:45. "Real Sosyedad" (İspaniya) - PSV (Eyndhoven, Niderland) - 3:0

Xal durumu: "Monako" - 12, "Real Sosyedad" - 9, PSV - 8, "Şturm" - 2.

C qrupu

21:45. "Legiya" (Polşa) - "Spartak" (Moskva, Rusiya) - 0:1

21:45. "Napoli" (İtaliya) - "Lester" (İngiltərə) - 3:2

Xal durumu: "Spartak" - 10, "Napoli" - 10, "Lester" - 8, "Legiya" - 6.

D qrupu

21:45. "Antverpen" (Belçika) - "Olimpiakos" (Yunanıstan) - 1:0

21:45. "Fənərbağça" (Türkiyə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:1

Xal durumu: "Ayntraxt" - 12, "Olimpiakos" - 9, "Fənərbağça" - 6, "Antverpen" - 5.

E qrupu

00:00. "Marsel" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:0

00:00. "Latsio" (İtaliya) - "Qalatasaray" (Türkiyə) - 0:0

Xal durumu: "Qalatasaray" - 12, "Latsio" - 9, "Marsel" - 7, "Lokomotiv" - 2.

F qrupu

00:00. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Belqrad, Serbiya) - 1:1

00:00. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Midtüllan" (Danimarka) - 0:0

Xal durumu: "Srvena Zvezda" - 11, "Braqa" - 10, "Midtüllan" - 9, "Lüdoqorets" - 2.

G qrupu

00:00. "Ferentsvaroş" (Macarıstan) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0

00:00. "Seltik" (Şotlandiya) - "Betis" (İspaniya) - 3:2

Xal durumu: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 9, "Ferentsvaroş" - 3

H qrupu

00:00. "Vest Hem" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

00:00. "Genk" (Belçika) - "Rapid" (Vyana, Avstriya) - 0:1

Xal durumu: "Vest Hem" - 13, "Dinamo" - 10, "Rapid" - 6, "Genk" - 5

23:45

UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

"Report"un məlumatına görə, nəzərdə tutulan 16 oyundan səkkizi artıq yekunlaşıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı C qrupundakı son sınağında Rusiyanın "Spartak" (Moskva) klubunu qəbul edib. Rəqibi ilə heç-heçə edən nə minimal hesabla uduzan Varşava təmsilçisi qrupda sonuncu pilləni tutaraq avrokuboklarla vidalaşıb. Meydana start heyətində çıxan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. Qrupun digər görüşündə İngiltərə "Lester"i İtaliyada "Napoli"yə uduzub. Bu nəticələrdən sonra "Spartak" qrup lideri kimi 1/8 finala, "Napoli" pley-offa adlayıb. "Lester" isə Konfrans Liqasının pley-offunda mübarizəni davam etdirəcək.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" D qrupunda evdə Almaniya "Frankfurt"u ilə üz-üzə gəlib. İstanbul təmsilçisi özü üçün formal xarakter daşıyan görüşdə heç-heçəyə razılaşıb. Digər oyunda Yunanıstan "Olimpiakos"u Belçikada "Antverpen"ə uduzub. Nəticədə qrupu ilk sırada tamamlayan Bundesliqa klubu birbaşa 1/8 finala yüksəlib.

Daha əvvəl, Almaniyanın "Bayer" (Leverkuzen), İngiltərənin "Vest Hem", Fransanın "Lion" və "Monako" klublarının 1/8 finala adlaması dəqiqləşib.

Qeyd edək ki, qruplarında 2-ci yeri tutanlar Avropa Liqasının, 3-cü yerin sahibləri isə Konfrans Liqasının pley-offunda çıxış edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur

A qrupu

21:45. "Sparta" (Praqa, Çexiya) - "Bröndbü" (Danimarka) - 2:0

21:45. "Lion" (Fransa) - "Reyncers" (Şotlandiya) - 1:1

Xal durumu: "Lion" - 16, "Reyncers" - 8, "Sparta" - 7, "Bröndbü" - 2

B qrupu

21:45. "Şturm" (Qrats, Avstriya) - "Monako" (Fransa) - 1:1

21:45. "Real Sosyedad" (İspaniya) - PSV (Eyndhoven, Niderland) - 3:0

Xal durumu: "Monako" - 12, "Real Sosyedad" - 9, PSV - 8, "Şturm" - 2.

C qrupu

21:45. "Legiya" (Polşa) - "Spartak" (Moskva, Rusiya) - 0:1

21:45. "Napoli" (İtaliya) - "Lester" (İngiltərə) - 3:2

Xal durumu: "Spartak" - 10, "Napoli" - 10, "Lester" - 8, "Legiya" - 6.

D qrupu

21:45. "Antverpen" (Belçika) - "Olimpiakos" (Yunanıstan) - 1:0

21:45. "Fənərbağça" (Türkiyə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:1

Xal durumu: "Ayntraxt" - 12, "Olimpiakos" - 9, "Fənərbağça" - 6, "Antverpen" - 5.

Son xəbərlər

Orphus sistemi