Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə Yunanıstan "Olimpiakos"u ilə qarşılaşan və 3:0 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan klublarının avrokuboklarda səfərdəki 49-cu qələbəsini qazanıb.
Futbol
7 Oktyabr , 2022 10:42
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə Yunanıstan "Olimpiakos"u ilə qarşılaşan və 3:0 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan klublarının avrokuboklarda səfərdəki 49-cu qələbəsini qazanıb.

"Report" xəbər verir ki, G qrupunun Afinadakı III tur görüşü Azərbaycan klublarının avrokuboklar tarixində 202-ci səfər sınağı olub.

Bu oyunadək təmsilçilərimiz qitə miqyaslı turnirlərdə 201 dəfə rəqib meydanına çıxıb və 48 dəfə qalib gəlib.

“Olimpiakos” üzərindəki inamlı qələbə isə 49-cu olub.

Bununla da təmsilçilərimizi avrokuboklar çərçivəsində səfərdəki yubiley - 50-ci qələbəsindən cəmi bir zəfər ayırır. Cari mövsüm qitəmiqyaslı yarışlarda yoluna davam edən yeganə klubumuz “Qarabağ” bunu bacara bilər.

Azərbaycan təmsilçiləri rəqib meydanındakı 202 matçda 36 heç-heçə edib və 117 dəfə uduzub. Səfərdə 173 qol vuran futbolçularımız 365 top buraxıb.

Qeyd edək ki, “Qarabağ”ın avrokuboklardakı növbəti səfər matçı oktyabrın 27-də Fransada “Nant”a qarşı olacaq.

Son xəbərlər

Orphus sistemi