Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü başa çatıb.
"Report" xəbər verir ki, Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa edib.
Bu nəticənin ardından A qrupunda xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
1 |
Almaniya |
3 |
2 |
1 |
0 |
8-2 |
7 |
2 |
İsveçrə |
3 |
1 |
2 |
0 |
5-3 |
4 |
3 |
Macarıstan |
3 |
1 |
0 |
2 |
2-5 |
3 |
4 |
Şotlandiya |
3 |
0 |
1 |
2 |
2-7 |
1 |


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşündə ikinci hissə start götürüb.
"Report" xəbər verir ki, isveçrəlilər Dan Ndoyenin qolu ilə hesabda 1:0 öndədirlər.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, isveçrəlilər fasiləyə Dan Ndoyenin qolu ilə 1:0 öndə yollanıblar.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, 28-ci dəqiqədə Dan Ndoye isveçrəliləri hesabda önə keçirib.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü start götürüb.
"Report" xəbər verir ki, A qrupunun oyunu Frankfurtdakı "Valdştadion"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.