Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında bu gün qarşılaşacaq İngiltərə və Slovakiya milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) cəmi 1 dəfə üz-üzə gəliblər.
“Report” xəbər verir ki, 2016-cı ildə təşkil olunan Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların görüşü qolsuz yekunlaşıb.
Kölndəki “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək İspaniya və Gürcüstan yığmaları isə heç vaxt mötəbər turnirlərin final mərhələlərində üz-üzə gəlməyiblər.
Qeyd edək ki, İngiltərə - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da, İspaniya - Gürcüstan qarşılaşması isə 23:00-da başlayacaq.