AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - YENİLƏNİB - 6
- 02 iyul, 2024
- 20:53
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.
"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1.
Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç fərqlənib.
Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.
00:25
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə üçüncü qol vurulub.
"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da Avstriya millisi buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.
66-cı dəqiqədə Mixael Qreqoriç adını tabloya yazdırıb.
00:19
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.
"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.
Merih Demiral 59-cu dəqiqədə dubl edib.
00:07
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" hesabda öndədirlər - 1:0.
1-ci dəqiqədə Merih Demiral fərqlənib.
23:46
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" hesabda öndədirlər - 1:0.
1-ci dəqiqədə Merih Demiral fərqlənib.
23:03
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" hesabda önə çıxıb.
1-ci dəqiqədə Merih Demiral fərqlənib.
23:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma Leyptsiqdəki "Red Bull Arena"da keçirilir.
Görüşü portuqaliyalı baş hakim Artur Diaş idarə edir.