AVRO-2020-nin kuboku Bakıda

AVRO-2020-nin kuboku Bakıda Kubok 3 gün paytaxtda nümayiş olunacaq
Futbol
233
7 May , 2021 10:27
AVRO-2020-nin kuboku Bakıda

Futbol üzrə Avropa çempionatının kuboku Azərbaycana gətirilib.

"Report"un məlumatına görə, kubok 3 gün Bakıda nümayiş olunacaq.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunur. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Qeyd edək ki, UEFA təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Son xəbərlər

Orphus sistemi