AVRO-2020-nin Bakıdakı oyunlarına könüllülərin qeydiyyatı başladı

AVRO-2020-nin Bakıdakı oyunlarına könüllülərin qeydiyyatı başladı Bu gündən etibarən AVRO-2020 Bakı Könüllülər Proqramının yeni qeydiyyat mərhələsinə start verilir.
Futbol
15 Sentyabr , 2020 11:21
AVRO-2020-nin Bakıdakı oyunlarına könüllülərin qeydiyyatı başladı

Futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının yeni qeydiyyat mərhələsinə start verilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yaşı 18-ə çatmış və daha öncə AVRO-2020 üçün qeydiyyat müraciəti etməmiş şəxslər qeydiyyatdan keçə bilərlər. 

Qeydiyyat https://euro2020.affa.az/az/volunteers/ linki vasitəsilə aparılacaq. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi