"Atletiko"nun futbolçusu beyin əməliyyatı keçirib

Futbol
  • 23 may, 2020
  • 13:55
Atletikonun futbolçusu beyin əməliyyatı keçirib
Viqriniya Torreçilla

İspaniyanın "Atletiko" klubunun qadın futbolçusu Viqriniya Torreçilla beyin əməliyyatı keçirib. 

"Report" xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" hesabından paylaşım edib. 

İspaniyalı oyunçunun əməliyyatı uğurlu alınıb və o evə buraxılıb. Torreçilla beynindəki şişə görə əməliyyat olunub. 

Qeyd edək ki, Viqriniya Torreçilla 2019-cu ildən "Atletiko"da çıxış edir. O, 2012/2013, 2013/2014 və 2014/2015 mövsümlərində "Barselona" ilə ölkə çempionu olub.