"Atalanta" "Yuventus"u udub keçdi

"Atalanta" "Yuventus"u udub keçdi Yeganə qolu 87-ci dəqiqədə ukraynalı yarımmüdafiəçi Ruslan Malinovski vurub
Futbol
18 Aprel , 2021 18:56
Atalanta Yuventusu udub keçdi

Futbol üzrə İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşlərindən biri "Atalanta" və "Yuventus" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Berqamo şəhərindəki "Geviss" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 87-ci dəqiqədə ukraynalı yarımmüdafiəçi Ruslan Malinovski vurub.

Qeyd edək ki, bu görüşdə Kriştianu Ronaldu zədəli olduğu üçün "Yuventus"a kömək edə bilməyib.

Son xəbərlər

Orphus sistemi