"Atalanta" klubu İtaliya Kubokunda ən böyükhesablı qələbə rekorduna imza atıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, turnirin 1/8 finalında "Çezena" ilə oyunda reallaşıb.
Berqamo təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. "Atalanta" İtaliya Kuboku tarixində ilk dəfə bir oyunda 6 qol vurub və turnirdə ən böyükhesablı qələbə rekorduna imza atıb.
Komanda buna qədər 1959-cu ildə "Alessandriya"nı, 1972-ci ildə isə "Recina"nı 5:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, "Atalanta" İtaliya Kubokunun 1/4 finalında "Bolonya" ilə qarşılaşacaq.