"Atalanta" İtaliya Kubokunun finalına vəsiqə qazanıb

"Atalanta" İtaliya Kubokunun finalına vəsiqə qazanıb Atalanta klubu futbol üzrə İtaliya Kubokunun finalına vəsiqə qazanıb.
Futbol
26 Aprel , 2019 04:30
Atalanta İtaliya Kubokunun finalına vəsiqə qazanıb

"Atalanta" klubu futbol üzrə İtaliya Kubokunun finalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Berqamo şəhərinin "Atleti Adzurri" stadionunda baş tutan ½ final mərhələsinin "Fiorentina"ya qarşı keçirilən cavab gürüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qol artıq 3-cü dəqiqədə vurulub: Luis Muryel Federiko Kyezanın ötürməsini qola çevrib. Lakin 11 dəqiqə sonra Yosip İliçiç penaltini dəqiq yerinə yetirərək hesabda bərabərlik yaradıb. Matçda son nöqtəni 69-cu dəqiqədə Alexandro Qomes qoyub.

Komandalar arasında Florensiyada keçirilən ilk görüş 3:3 hesabı ilə nəticələnib.

"Atalanta" İtaliya Kubokunun finalında "Milan"ı mübarizədən kənarlaşdıran "Latsio" ilə qarşılaşacaq.

Turnirin qalibi mayın 15-i paytaxt Romada məlum olacaq.

İtaliya Kuboku. 1/2 final

"Atalanta" – "Fiorentina" - 2:1

Qollar: 0:1 – Muryel – 3, 1:1 – İliçiç – 14 (pen), 2:1 – Qomes – 69

Son xəbərlər

Orphus sistemi