Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Futbol
  • 08 iyul, 2019
  • 12:38
Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb. 

"Report" xəbər verir ki, o, I mərhələnin cavab oyunları çərçivəsində  keçiriləcək “Norrçepinq” (İsveç) – “St.Patrik” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq. 

Matç iyulun 18-də baş tutacaq.