“ASAN Xidmət” 2017/2018 mövsümündə “Neftçi”nin titul sponsoru olmayacaq
Futbol
- 12 avqust, 2017
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 avqust. REPORT.AZ/ “Neftçi” klubu futbolçularının Azərbaycan Premyer Liqasının I turunda “Qarabağ”la görüşə üzərində “ASAN Xidmət” yazılan formalarla çıxmamasına aydınlıq gətirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “ASAN Xidmət” 2017/2018 mövsümündən etibarən “Neftçi”nin titul sponsoru olmayacaq. Lakin qurumla əməkdaşlıq davam etdiriləcək.
“Ağ-qaralar” hazırda yeni titul sponsorun tapılması istiqamətində bir neçə şirkətlə danışıq aparır.
Qeyd edək ki, "Neftçi" ilə "ASAN Xidmət" arasında titul sponsorluğu ilə bağlı müqavilə ötən il oktyabrın 17-də imzalanmışdı.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr