"Arsenal" yetirməsi Cek Talbotla peşəkar müqavilə imzalayıb

Futbol
  • 12 noyabr, 2026
  • 17:33
Arsenal yetirməsi Cek Talbotla peşəkar müqavilə imzalayıb

İngiltərənin "Arsenal" klubu 10 ildən artıqdır düşərgəsində yer alan qapıçısı Cek Talbotla ilk peşəkar sözləşməyə imza atıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

6-9 yaşlarında həm paytaxt təmsilçisində, həm də "Vest Hem"də oynamış qolkiper 2017-ci ildə "topçular"a qoşulub.

Qeyd edək ki, zədə problemləri ilə mübarizə aparan C.Talbot ötən həftəsonu Premyer Liqa Kubokunda "Sanderlend"ə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana çıxıb.

44 filmi