"Arsenal" İngiltərə millisinin qapıçısını transfer edib

"Arsenal" İngiltərə millisinin qapıçısını transfer edib İngiltərənin "Arsenal" komandası heyətini yeni qapıçı ilə gücləndirib.
Futbol
20 Avqust , 2021 21:47
Arsenal İngiltərə millisinin qapıçısını transfer edib
Aaron Ramsdeyl

İngiltərənin "Arsenal" komandası heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Şeffild Yunayted"in qolkiiperi Aaron Ramsdeyli transfer edib.

"Topçular" 23 yaşlı oyunçu ilə 4+1 müqavilə imzalayıb.

Qeyd edək ki, ingiltərəli qapıçı daha əvvəl ölkəsində "Bornmut", "Çesterfild" və "Uimbldon" klublarının da formasını geyinib. Ramsdeyl İngiltərə millisinin də üzvüdür.

Son xəbərlər

Orphus sistemi