"Arsenal"ın futbolçusu İspaniya klubuna keçib

"Arsenal"ın futbolçusu İspaniya klubuna keçib Bakı. 5 iyun. REPORT.AZ/ İspaniyanın Vilyarreal klubu İngiltərə Arsenalının futbolçusu Santi Kasorlanı heyətinə qatıb.
Futbol
5 İyun , 2018 16:38
Arsenalın futbolçusu İspaniya klubuna keçib

Bakı. 5 iyun. REPORT.AZ/ İspaniyanın "Vilyarreal" klubu İngiltərə "Arsenal"ının futbolçusu Santi Kasorlanı heyətinə qatıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin detalları hələlik bəlli deyil. 

Qeyd edək ki, Santi Kasorla 2012-ci ildən "Arsenal"da çıxış edib. O, 2007 - 2011 illərdə "Vilyarreal"ın şərəfini qoruyub. Kasorla həmçinin 77 matçda İspaniya millisinin formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi