"Arsenal"ın baş məşqçisi Avropa Liqasındakı hədəflərini açıqlayıb

"Arsenal"ın baş məşqçisi Avropa Liqasındakı hədəflərini açıqlayıb Bakı. 16 oktyabr. REPORT.AZ/ “Bu mövsüm oyunçularıma Avropa Liqasının bizim üçün nə qədər əhəmiyyətli olduğunu bildirmişəm”.
Futbol
16 Oktyabr , 2018 10:43
Arsenalın baş məşqçisi Avropa Liqasındakı hədəflərini açıqlayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Bu mövsüm oyunçularıma Avropa Liqasının bizim üçün nə qədər əhəmiyyətli olduğunu bildirmişəm”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə “Arsenal”ının baş məşqçisi Unay Emeri UEFA-nın məşqçilər üçün təşkil etdiyi tədbirdə deyib. 46 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasından və komandasının bu mövsümki məqsədlərindən danışıb: “Düşünürəm ki, İngiltərə Premyer Liqası ən yaxşı çempionatdır. Komandalar arasında gərgin mübarizə gedir. Biz də birinci yer üçün sonadək döyüşəcəyik. İngiltərə mədəniyyəti Premyer Liqadır. Avropa Liqası onlar üçün elə də əhəmiyyyətli yarış deyil. Lakin mən oyunçularıma Avroliqanın bu mövsüm bizim üçün çox önəmli olduğunu bildirmişəm. Biz bu yarışın qalibi olmaq istəyirik”.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Arsenal" “Qarabağ”la II turda üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş "topçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında Londondakı qarşılaşma dekabrın 13-də oynanılacaq. 2 turdan sonra 6 xala malik "Arsenal" Portuqaliya "Sportinq"i ilə birgə ilk 2 pillədə qərarlaşıb. Xalı olmayan Ukrayna "Vorskla"sı ilə "Qarabağ" 3-4-cü yerləri bölüşürlər. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi