Bakı. 27 may. REPORT.AZ/ "Arsenal" futbol üzrə İngiltərə Kubokunun finalında "Çelsi"ni məğlub edib.
"Report" xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.
"Arsenal" İngiltərə Kubokunu rekord sayda – 13 dəfə götürərək 12 qələbəsi olan "Mançester Yunayted"i qabaqlayıb. "Çelsi"nin hesabında 7 kubok var.
İngiltərə Kuboku. Final
"Arsenal" – "Çelsi" - 2:1
Qollar: 1:0 – Sançes – 4, 1:1 – Kosta – 76, 2:1 – Remsi – 79