Argentinanın məşhur klubunun prezidentinin ailəsinə məxsus təyyarə qəzaya uğrayıb

Argentinanın məşhur klubunun prezidentinin ailəsinə məxsus təyyarə qəzaya uğrayıb Argentinanın “River Pleyt” klubunun prezidenti Xorxe Britonun ailəsinə məxsus təyyarə qəzaya uğrayıb.
Futbol
December 19, 2024 13:09
Argentinanın məşhur klubunun prezidentinin ailəsinə məxsus təyyarə qəzaya uğrayıb

Argentinanın “River Pleyt” klubunun prezidenti Xorxe Britonun ailəsinə məxsus təyyarə qəzaya uğrayıb.

“Report”un “Record”a istinadən məlumatına görə, qəza eniş zamanı baş verib.

Nəqliyyat vasitəsi San Fernando hava limanının yanında, paytaxt Buenos-Ayresin kənarındakı evin üzərinə çırpılaraq yanıb.

Hadisə zamanı iki nəfərin öldüyü bildirilib.

Orphus sistemi