Argentina yığmasının oyununa 1,3 milyon nəfər bilet almağa çalışıb
Futbol
- 17 mart, 2023
- 08:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentina yığmasının dünya çempionu olduqdan sonra keçirəcəyi ilk oyuna 1,3 milyon nəfər bilet almağa çalışıb.
“Report” xəbər verir ki, Cənubi Amerika komandasının martın 23-də Panama ilə yoldaşlıq görüşünə ölkədə maraq böyük olub.
Qarşılaşma üçün satışa çıxarılan biletlərin hamısı iki saat ərzində alınıb. Oyun Buenos Ayresdəki 80 000 azarkeş tutumuna malik stadionda keçiriləcək. Argentinalılar ayın 28-də eyni arenada Kurasao ilə yoldaşlıq görüşü keçirəcəklər.
Qeyd edək ki, Argentina yığması 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Son xəbərlər
09:36
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının cari mövsümündə ilk matçına çıxacaq
Futbol
09:29
Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Region
09:26
FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda Fransa klubu ilə üz-üzə gələcək
Komanda
09:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
Futbol
09:14
"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək
Komanda
09:13
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.10.2026)
Maliyyə
09:12
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.10.2026)
Maliyyə
09:08
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Fərdi
09:02
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Hadisə