Argentina yığmasının keçmiş qapıçısı maşınla adam öldürdü

Argentina yığmasının keçmiş qapıçısı maşınla adam öldürdü Argentina milli komandasının keçmiş qapıçısı Pablo Kavalyeronu həbsxana cəzası gözləyir
Futbol
28 Fevral , 2021 10:15
Argentina yığmasının keçmiş qapıçısı maşınla adam öldürdü
Pablo Kavalyero

Argentina milli komandasının keçmiş qapıçısını ABŞ-ın Şimali Karolina ştatının həbsxana cəzası gözləyir.

"Report"un məlumatına görə, sabiq qolkiper avtomobili ilə adam vurub. Nəticədə 56 yaşlı Xuan Riveroi yerindəcə keçinib.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar aparırlar. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Pablo Kavalyero 1996 - 2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfild" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Selta" və "Levante", həmçinin Uruqvayın "Penyarol" komandalarının formasını geyinib. Kavalyero millinin heyətində 2004-cü il Amerika Kubokunun gümüş medalını qazanıb. Hazırda o, "Veles Sarsfild"in idman direktorudur.

Son xəbərlər

Orphus sistemi