Argentina yığması Messinin qolu sayəsində Ekvadora qalib gəlib

Argentina yığması Messinin qolu sayəsində Ekvadora qalib gəlib Futbol üzrə Argentina yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin birinci turunun matçında Ekvadorun komandası ilə qarşılaşıb.
Futbol
9 Oktyabr , 2020 07:40
Argentina yığması Messinin qolu sayəsində Ekvadora qalib gəlib
Lionel Messi

Futbol üzrə Argentina yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin birinci turunun matçında Ekvador komandası ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 13-cü dəqiqədə penalti zərbəsi ilə Lionel Messi vurub.

Argentina yığması növbəti matçda səfərdə Boliviya komandası ilə qarşılaşacaq. Ekvador seçməsi isə Uruqvay yığmasını qəbul edəcək.

Qeyd edək ki, turun digər matçında Uruqvay komandası Çili üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi