Argentina millisi Amerika Kubokunun açılış matçında qələbə qazanıb

Argentina millisi Amerika Kubokunun açılış matçında qələbə qazanıb Futbol üzrə Amerika Kubokuna start verilib.
Futbol
21 İyun , 2024 09:00
Argentina millisi Amerika Kubokunun açılış matçında qələbə qazanıb

Futbol üzrə Amerika Kubokuna start verilib.

"Report"un məlumatına görə, ABŞ-də təşkil olunan turnirin açılış matçında son dünya çempionu Argentina millisi Kanada ilə üz-üzə gəlib.

Qarşılaşma “tanqoçular”ın qələbəsi ilə bitib - 2:0.

Argentinanın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi