Argentina, Çili, Paraqvay və Uruqvay DÇ-2030-u birgə keçirmək üçün müraciət edəcək

Argentina, Çili, Paraqvay və Uruqvay DÇ-2030-u birgə keçirmək üçün müraciət edəcək Bakı. 15 fevral. REPORT.AZ/ Argentina, Çili, Paraqvay və Uruqvay futbol üzrə 2030-cu il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün FIFA-ya birgə müraciət ünvanlayacaqlar.
Futbol
15 Fevral , 2019 04:43
Argentina, Çili, Paraqvay və Uruqvay DÇ-2030-u birgə keçirmək üçün müraciət edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Argentina, Çili, Paraqvay və Uruqvay futbol üzrə 2030-cu il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün FIFA-ya birgə müraciət ünvanlayacaqlar.

“Report” xəbər verir ki, bu barədə Çili prezidenti Sebastyan Pinyera "Twitter"də yazıb.

"Bir neçə ay əvvəl mən Argentina, Uruqvay və Paraqvay prezidentlərinə Çilini ərizəyə daxil etməyi və onu 2030-cu il üçün birgə təqdim etmək fikrini irəli sürdüm. Təklif qəbul olundu", - deyə o bildirib.

Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdirklərini bildirib. Ölkələr mundialın keçirilməsi ilə ilk dünya çempionatının 100 illiyini qeyd etmək istəyirlər. Həmin mundial 2030-cu ildə Uruqvayda təşkil olunub.

Qeyd edək ki, 2026-cı ildən dünya çempionatı iştirakçılarının sayı 48-ə çatacaq. Yeni formatda ilk belə yarış ABŞ, Kanada və Meksikada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi