"Araz-Naxçıvan"ın vitse-prezidenti: "Komandada köklü dəyişikliklər olacaq"

"Araz-Naxçıvan"ın vitse-prezidenti: "Komandada köklü dəyişikliklər olacaq" "Araz-Naxçıvan"da köklü dəyişikliklər olacaq.
Futbol
9 Dekabr , 2024 14:27
Araz-Naxçıvanın vitse-prezidenti: Komandada köklü dəyişikliklər olacaq
Mahmud Sadıqov

Komandada köklü dəyişikliklər olacaq.

Bunu “Report”a açıqlamasında futzal üzrə Yüksək Liqada çıxış edən "Araz-Naxçıvan" klubunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, heyətdə dəyişikliklər olacağını, amma baş məşqçi ilə bağlı hələ ki, qərar verilmədiyini söyləyib:

“Komandada köklü dəyişikliklər olacaq. Baş məşqçi ilə hələ ki, söhbət etməmişik. Millinin təlim-məşq toplanışından sonra, dekabrın 21-də və 26-da oyunlarımız olacaq. Həmin matçlardan sonra komandadaxili iclas olacaq, baş məşqçinin fəaliyyəti dəyərləndiriləcək. Son qərar bu iki matçdan sonra veriləcək. İndi müzakirə etmək etik olaraq düzgün çıxmaz. Amma dəyişikliklər olacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda turnir cədvəlində 6 turdan sonra 10 xalla üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi