Araz Abdullayev "Neftçi"yə və milli komandaya kömək edə bilməyəcək
Futbol
- 29 sentyabr, 2015
- 13:27
Bakı. 29 sentyabr. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Araz Abdullayev 3 həftəyədək yaşıl meydanlardan uzaq qalacaq. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müayinə nəticəsində 23 yaşlı yarımmüdafiəçinin sağ ayaq bağlarında qırıq aşkarlanıb.
Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ"la oyunda zədələnərək meydanı tərk edən kapitan "Zirə" və "Qəbələ" klubları ilə oyunu tribunadan izləməli olacaq. Zədə səbəbindən 23 yaşlı yarımmüdafiəçi Azərbaycan milli komandasının heyətində AVRO-2016-nın seçmə mərhələsində Bakıda İtaliya və səfərdə Bolqarıstana qarşı keçiriləcək oyunda forma geyinə bilməyəcək.
Qeyd edək ki, Araz Abdullayev "Qarabağ"la oyunun 10-cu dəqiqəsində zədələnərək yerini Ruslan Qurbanova verib.
Son xəbərlər
18:43
Suriyada daşqınlar nəticəsində 3 nəfər həlak olub
Digər ölkələr18:43
Andrey Demçenko: "Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi aşağı düşdü"
Futbol18:27
Olimpiadada medal qazanacaq gürcü idmançılara pul mükafatı veriləcək
Region18:11
Fransada ORION 2026 hərbi təlimləri başlayıb
Digər ölkələr18:02
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb
Fərdi17:58
Foto
Filippində "Basyanq" fırtınası 12 nəfərin ölümünə səbəb olub
Digər ölkələr17:55
Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib
Xarici siyasət17:55
Azərbaycan Premyer Liqası: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol17:49