APL: 2022/2023 mövsümünə 2 oyunla yekun vurulacaq

APL: 2022/2023 mövsümünə 2 oyunla yekun vurulacaq Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.
Futbol
28 May , 2023 07:30
APL: 2022/2023 mövsümünə 2 oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.

“Report”un məlumatına görə, XXXVI turda son iki görüş baş tutacaq.

İlk olaraq “Sabah”la “Neftçi” ikincilərin meydanında üz-üzə gələcəklər. Komandalar müvafiq olaraq gümüş və bürünc mükafatı təmin etdiklərindən, qarşılaşma formal xarakter daşıyacaq.

Mövsümün son görüşü isə “Azersun Arena”da olacaq. Çempionluğu rəsmiləşdirən “Qarabağ” altıncı yerin sahibi “Turan Tovuz”u qəbul edəcək.

Bu matçın ardından “Qarabağ”, “Sabah” və “Neftçi” üçün mükafatlandırma mərasimi təşkil olunacaq.

Azərbaycan Premyer Liqası

XXXVI tur

28 may

17:00. “Neftçi” – “Sabah”
Baş hakim: Rəvan Həmzəzadə
“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz”
Baş hakim: Əli Əliyev
“Azersun Arena”

N

Komanda

O

Q

H

M

T-F

X

1

Qarabağ

35

27

6

2

88-24

87

2

Sabah

35

25

6

4

75-23

81

3

Neftçi

35

19

8

8

62-38

65

4

Qəbələ

36

13

11

12

47-47

50

5

Zirə

36

13

11

12

45-46

50

6

Turan Tovuz

35

10

9

16

35-46

39

7

Sumqayıt

36

8

7

21

26-70

31

8

Kəpəz

36

6

13

17

34-62

31

9

Səbail

36

7

8

21

32-62

29

10

Şamaxı

36

4

13

19

26-52

25

Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) - 22 qol, Musa Qurbanlı (“Qarabağ”) - 20 qol.

Son xəbərlər

Orphus sistemi