İngiltərə Premyer Liqasında antirekorda imza atan klub baş məşqçisini qovub
Futbol
- 15 yanvar, 2019
- 07:21
Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən “Haddersfild” klubu baş məşqçisi David Vaqneri istefaya göndərib.
“Report” Uest-Yorkşir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Vaqner özü mövsümün sonuna qədər postunda qalmaq istəsə də, klubun sahibi Din Hoyl bununla razılaşmayıb.
Komandanı XXIII turda “Mançester Siti” ilə görüşə “Haddersfild”in sabiq oyunçusu Mark Hadson hazırlayacaq.
Qeyd edək ki, “Haddersfild” hazırda 11 xalla sonuncu pillədədir. Tarixi ərzində Premyer Liqada ikinci mövsümünü keçirən klub indiyə qədər keçirdiyi 60 oyundan 31-də qol vura bilməməklə antirekorda imza atıb.
Son xəbərlər
12:42
"Qəbələ" futbolçusu ilə yollarını ayırdığını açıqlayıb
Futbol12:37
Foto
Arpaçay su anbarı donub
Ekologiya12:36
Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib
Biznes12:35
"CFI Financial Group" 2025-ci ili rekord məbləğdə, 6,4 trilyon dollarlıq ticarət edib
Maliyyə12:34
Azərbaycanda bütün yerləşmə vasitələri üçün yeni dövlət standartı hazırlanır
Turizm12:32
Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib
İnfrastruktur12:32
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb - YENİLƏNİB
Xarici siyasət12:31
Avropa Komissiyası: Aİ-nin Hindistana ixracı 2032-ci ilədək iki dəfə artacaq
Digər ölkələr12:30