Almaniyanın Bundesliqasının bombardiri dünyanın ən bahalı futbolçusu ola bilər

Almaniyanın Bundesliqasının bombardiri dünyanın ən bahalı futbolçusu ola bilər Çin klubu qabonlu forvarddan ötrü 150 milyon avro təklif edib
Futbol
100
4 Yanvar , 2017 17:19
Almaniyanın Bundesliqasının bombardiri dünyanın ən bahalı futbolçusu ola bilər

Bakı. 4 yanvar. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Pyer-Emerik Obameyanq dünyanın ən bahalı futbolçusuna çevrilə bilər. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Çin təmsilçisi "Şanxay SİPQ" qabonlu forvarddan ötrü 150 milyon avro təklif edib.

Obameyanq təklifi qəbul etsə, həftəsinə 800 min avro alacaq ki, bu da ildə 41 milyon avro edir. Hazırda ən bahalı oyunçu Karlos Teves sayılır. Argentinalı hücumçu dekabrın sonlarında "Boka Xuniors"dan "Şanxay Şenxua"ya keçib. 32 yaşlı forvard həftəsinə 720 min avro qazanır.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq 2015-2016 mövsümündə Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi "Qəbələ"nin qapısından Bakıda 3, Dortmundda 1 top keçirib. Hazırda o, 16 qolla Almaniya Bundesliqasının bombardirləri siyahısına başçılıq edir.  

Son xəbərlər

Orphus sistemi