Almaniyada koronavirusa yoluxan futbolçuların sayı açıqlandı

Futbol
  • 06 may, 2020
  • 06:48
Almaniyada koronavirusa yoluxan futbolçuların sayı açıqlandı

Almaniya Futbol Liqası Bundesliqa və II Bundesliqa komandalarındakı koronavirus testlərinin nəticələrini açıqlayıb. 

"Report"un məlumatına görə, 36 klubda 1 700-dən çox testin aparıldığı və onlardan 10-nun müsbət nəticələndiyi bildirilib. Kimlərin koronavirusa yoluxduğu isə açıqlanmayıb. 

Xəstələr haqqında məlumatın səhiyyə orqanlarına göndərildiyi də vurğulanıb. 

Qeyd edək ki, Almaniya Bundesliqasının mayın 15-də bərpa edilməsi gözlənilir. 

Daha öncə Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubunun oyunçuları və əməkdaşları komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması
 səbəbindən karantinə alınıb. 

44 filmi