Almaniya Bundesliqasının oyununda karton azarkeşlər

Almaniya Bundesliqasının oyununda karton azarkeşlər Futbol üzrə Almaniya Bundesliqasında Mönhenqladbax Borussiyası ilə Bayer arasındakı XXVII tur matçı süni azarkeşlərin gözləri önündə keçirilib.
Futbol
549
23 May , 2020 21:18
Almaniya Bundesliqasının oyununda karton azarkeşlər

Futbol üzrə Almaniya Bundesliqasında Mönhenqladbax "Borussiya"sı ilə "Bayer" arasındakı XXVII tur matçı süni azarkeşlərin gözləri önündə keçirilib.

"Report"un məlumatına görə, "Borussiya Park" stadionunda kartondan 13 min tamaşaçı qurulub. Onların əsas hissəsi qapı arxasında yerləşdirilib.

Koronavirus pandemiyası müddətində azarkeşlərlə görüşlərin keçirilməsinə qadağa qoyulub.

Qeyd edək ki, oyun "Bayer"in qələbəsi ilə yekunlaşıb - 3:1. 

Son xəbərlər

Orphus sistemi