Almaniya Bundesliqasında mövsümünün futbolçusu açıqlanıb

Almaniya Bundesliqasında mövsümünün futbolçusu açıqlanıb Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Futbol
16 May , 2022 18:37
Almaniya Bundesliqasında mövsümünün futbolçusu açıqlanıb

Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

"Report" liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Leyptsiq"in hücumçusu Kristofer Nkunku layiq görülüb.

25 yaşlı forvard cari mövsüm ölkə çempionatında 34 oyun keçirib. Fransalı oyunçu bu qarşılaşmalarda 20 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm Bundesliqada 4 dəfə ayın futbolçusu seçilib.

Son xəbərlər

Orphus sistemi