Aleksey Kaşuk: "Qayıtmaq alınmasa, "Sabah"a uğurlar arzulayacağam"

Aleksey Kaşuk: "Qayıtmaq alınmasa, "Sabah"a uğurlar arzulayacağam" "Buraya qayıtmaq alınmasa, komandaya uğurlar arzulayacağam və onlara azarkeşlik edəcəyəm".
Futbol
29 May , 2023 09:46
Aleksey Kaşuk: Qayıtmaq alınmasa, Sabaha uğurlar arzulayacağam
Aleksey Kaşuk

"Buraya qayıtmaq alınmasa, komandaya uğurlar arzulayacağam və onlara azarkeşlik edəcəyəm".

Bunu "Report"a açıqlamasında "Sabah"ın futbolçusu Aleksey Kaşuk deyib.

Müqavilə ilə Ukrayna "Şaxtyor"una məxsus olan 23 yaşlı yarımmüdafiəçi klubdakı taleyinin Donetsk təmsilçisindən asılı olacağını söyləyib: "Azərbaycanı, "Sabah"ı çox bəyənirəm. Buraya qayıtmaq alınsa, şad olacağam. Ümid edirəm ki, gələcək karyeram üçün ən yaxşı qərarı qəbul edəcəyik".

Kaşuk "Şaxtyor"un transfer üçün hansı məbləği tələb etdiyini bilmədiyini sözlərinə əlavə edib.

Ukraynalı oyunçu bu mövsümkü çıxışlarını və UEFA Konfrans Liqasındakı şansları da dəyərləndirib. “Sabah” üçün uğurlu il alındı. Sonadək birinci yer üçün oynadıq. Komanda saxlanılsa, yeni futbolçular gəlsə, çempionluq uğrunda mübarizə aparmaq mümkündür. Mövsümün əvvəlində məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Buna çempionatın sonuna bir neçə tur qalmış nail olduq. Avrokuboklarda oynayacağımıza görə şadam. Ümidvaram ki, püşkdə bəxtimizə yaxşı komanda çıxacaq və mərhələ adlayacağıq".

Son xəbərlər

Orphus sistemi