Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.
“Report” xəbər verir ki, Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə A.Kokorinin 1,5 il, P.Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.
Davanın digər iştirakçıları – A.Kokorinin qardaşı Kirillə 1,5 il, onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib. Onlar qərar qüvvəyə minənə qədər həbsdə qalacaqlar.
Qeyd edək ki, futbolçularla yanaşı, A.Kokorinin qardaşı Kirill və onların dostu A.Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.