AIBA-nın prezidenti postunu birdəfəlik tərk edib

AIBA-nın prezidenti postunu birdəfəlik tərk edib AIBA-nın prezidenti postunu birdəfəlik tərk edib
Futbol
15 İyul , 2019 16:03
AIBA-nın prezidenti postunu birdəfəlik tərk edib

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri Qafur Rəhimov prezident səlahiyyətlərindən birdəfəlik əl çəkib.

“Report” xəbər verir ki, 68 yaşlı özbəkistanlı funksioner qərarını qurumun rəsmi saytı vasitəsi ilə açıqlayıb.

Bu posta 2 noyabr 2018-ci ildə seçilmiş Rəhimov bu ilin martında prezident səlahiyyətlərini müvəqqəti olaraq təhvil verib. Lakin AIBA-nın Nizamnaməsinə əsasən, o, bir il müddətində vəzifəsinə geri dönə bilərdi. Qurumun İcraiyyə Komitəsi iyunun 27-də müvafiq bəndi sənəddən çıxarmaqla, özbəkistanlı funksioneri geri dönmək hüququndan məhrum edib. Nəhayət, bu gün Rəhimov postunu birdəfəlik tərk etdiyini bildirib.

Qeyd edək ki, Qafur Rəhimovun AIBA-nın prezidenti seçilməsi Beynəlxalq Olimpiya Komitəsini qane etmirdi. Ona görə də boksun Yay Olimpiya Oyunlarının proqramından çıxarılması gündəmdə idi.

Son xəbərlər

Orphus sistemi