Afrika Millətlər Kubokunda stadion problemi yaranıb

Afrika Millətlər Kubokunda stadion problemi yaranıb Kamerunda keçirilən Afrika Millətlər Kubokunda 1/4 final və yarımfinal oyunlarının stadionları dəyişdirilib
Futbol
27 Yanvar , 2022 12:10
Afrika Millətlər Kubokunda stadion problemi yaranıb

Kamerunda keçirilən Afrika Millətlər Kubokunda 1/4 final və yarımfinal oyunlarının stadionları dəyişdirilib.

"Report" Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Dualadakı "Yapoma" stadionunda meydanın pis vəziyyətdə olmasıdır.

Kamerun seçməsi Qambiya ilə 1/4 final görüşünü bu arenada gercəkləşəcək. Lakin daha sonra burada heç bir qarşılaşma oynanılmayacaq. Bu stadionda təşkili planlaşdırılan 1/4 finalın daha iki, yarımfinalın isə bir matçı Yaundedəki "Ahmadu Ahico"da olacaq.

Dəyişiklik 1/4 final mərhələsinin Misir - Mərakeş və Seneqal - Ekvatorial Qvineya oyunlarına təsir edəcək.

Kamerun və Komor adaları komandaları arasında 1/8 final oyununda 7 nəfər öldüyü üçün yarımfinal görüşü "Olembe" stadionundan alına bilər. Təşkilatçılar arenada təhlükəsizlik tədbirlərindən narazıdır.

Son xəbərlər

Orphus sistemi