AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

AFFA Samir Abasovun cəzasını yüngülləşdirib AFFA İntizam Komitəsinin (İK) “Sumqayıt”ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza dəyişdirilib.
Futbol
25 Noyabr , 2022 12:41
AFFA Samir Abasovun cəzasını yüngülləşdirib
Samir Abasov

AFFA İntizam Komitəsinin (İK) “Sumqayıt”ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza dəyişdirilib.

“Report”un məlumatına görə, bu, Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarda qeyd olunub.

Bildirilib ki, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi ilə baş məşqçiyə verilən 5 matçlıq kənarlaşdırılma 3 oyun şərti tətbiq edilməklə 5 oyunluq cəza ilə əvəz edilib.

Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay müddətinə təyin olunub. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunacaq.

Qeyd edək ki, "Sumqayıt" klubu barəsində verilən 4000 AZN məbləğində cərimə cəzası isə qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi