Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Futbol
4 Avqust , 2021 11:00
Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb
Asim Xudiyev

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

"Report" xəbər verir ki, o, Rusiyanın "Rubin" və Polşanın "Rakov" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda iş başında olacaq.

Qeyd edək ki, oyun avqustun 12-də Rusiyanın Kazan şəhərində gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi