AFFA rəsmisi: "Tapşırıq verilib ki, aşağı yaş liqalarında yarışları yekunlaşdıraq"

AFFA rəsmisi: "Tapşırıq verilib ki, aşağı yaş liqalarında yarışları yekunlaşdıraq" Aşağı yaş qrupları üzrə yarışların erkən başa çatdırılması və çempionun elan edilməsi hazırda müzakirə mövzusu deyil.
Futbol
17 Aprel , 2020 11:44
AFFA rəsmisi: Tapşırıq verilib ki, aşağı yaş liqalarında yarışları yekunlaşdıraq
0 : 00
0 : 00

"Aşağı yaş qrupları üzrə yarışların erkən başa çatdırılması və çempionun elan edilməsi hazırda müzakirə mövzusu deyil".  

Bunu "Report"a açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev deyib. 

O bildirib ki, ölkədə koronavirusa görə tətbiq olunan karantin müddətinin bitməsini gözləyirlər: "Bizdə liqa qarşılaşmalarının 70 faizindən çoxu oynanılıb. Karantin müddəti başa çatdıqdan sonra qalan bölümün də keçirilməsi ilə bağlı rəhbərliyin qərarını gözləyirik".

Vəliyev yekun qərarın AFFA rəhbərliyi tərəfindən veriləcəyini sözlərinə əlavə edib: "Hazırda bunu müzakirə etmək və liqaların taleyindən danışmaq çox tezdir. Rəhbərliyin tapşırığına əsasən, planda olan odur ki, yarışları yekunlaşdıraq. Karantin müddəti daha çox uzansa, gələcəkdə nə isə danışmaq olar".  

Qeyd edək ki, dünyanın bir neçə ölkəsində aşağı yaş qrupları üzrə çempionlar elan edilib.   

Son xəbərlər

Orphus sistemi