AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər Toplantı mayın 16-da başa çatacaq
Futbol
15 May , 2024 17:12
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər

AFFA rəsmiləri Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın təşkilatçılığı ilə keçirilən “Kütləvi futbolda dəyişkən oyun formatları və oyunçunun karyera yolu” mövzusunda seminarda iştirak edirlər.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirə qurumun Kütləvi Futbol Departamentinin rəhbəri Farrux İsmayılov, Futbolda Sosial Məsuliyyət meneceri Kifayət Mustafayeva və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı qatılıblar.

Mayın 16-da başa çatacaq seminarda Azərbaycanla yanaşı, Xorvatiya, Çexiya, Farer Adaları, Macarıstan, Lüksemburq, Şimali İrlandiya, Şimali Makedoniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə və Ukrayna təmsilçiləri də iştirak edir.

Toplantıda kütləvi futbolda müxtəlif oyun formatlarının tətbiqi, erkən yaşda uşaqların futbolda davamlı olaraq qala bilmələri, sosial məsuliyyətin kütləvi futbolda əhəmiyyətli rolu və digər mövzular haqqında müzakirələr aparılır.

Son xəbərlər

Orphus sistemi