AFFA "Qarabağ" və "Qəbələ" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Qəbələ" klublarını cərimələyib Hər iki komanda azarkeşləri pirotexniki vasitələrdən istifadə edib
Futbol
11 Aprel , 2017 13:01
AFFA Qarabağ və Qəbələ klublarını cərimələyib

Bakı. 11 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Qarabağ" və "Qəbələ" klublarını cərimələyib.

"Report"un məlumatına görə, buna iki komanda arasında aprelin 9-da keçirilmiş Azərbaycan Premyer Liqasının XXV tur matçı başa çatdıqdan sonra baş verənlər səbəb olub.

Həm "Qarabağ", həm də "Qəbələ" azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün onların klubları hərəyə 800 manat ziyana düşüb.

Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0. 

Son xəbərlər

Orphus sistemi