AFFA prezidenti "Qarabağ"ı təbrik edib

AFFA prezidenti "Qarabağ"ı təbrik edib Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı affa.az-a açıqlama verib:
Futbol
27 Avqust , 2021 13:29
AFFA prezidenti Qarabağı təbrik edib
Rövnəq Abdullayev

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunu UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik edib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, funksioner Ağdam təmsilçisinin ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəldiyini xatırladıb.

Abdullayev futbolçulara, məşqçilərə və klub rəhbərlinə təbriklərini çatdırıb: "6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizin bir qədər də irəliləyərək Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ”ın futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi