Bakı. 25 yanvar. REPORT.AZ/ AFFA-nın növbəti Hesabat Konfransının vaxtı, yeri və gündəliyi müəyyənləşib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas martın 4-də "Hilton" otelində keçiriləcək. Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Girişi dəvətnamə ilə olacaq Konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.