AFFA-nın vitse-prezidenti İşçi Qrupunun ilk iclasında müzakirə olunan məsələləri açıqlayıb

AFFA-nın vitse-prezidenti İşçi Qrupunun ilk iclasında müzakirə olunan məsələləri açıqlayıb AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov İşçi Qrupunun bu gün keçirilən ilk iclasında müzakirə olunan məsələlərdən danışıb.
Futbol
15 Dekabr , 2023 12:59
AFFA-nın vitse-prezidenti İşçi Qrupunun ilk iclasında müzakirə olunan məsələləri açıqlayıb

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov İşçi Qrupunun bu gün keçirilən ilk iclasında müzakirə olunan məsələlərdən danışıb.

Milli assosiasiya rəsmisi “Report”a açıqlamasında onlayn toplantıda qrupun necə fəaliyyət göstərməsi və Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparıldığını bildirib.

Vitse-prezident əlavə edib ki, ilk toplantıda İşçi Qrupunun iş prinsipi müəyyən edilib: “Ümumi müzakirələr aparıldı, məqsədlər və vəzifələr müəyyənləşdirildi. Qərar qəbul olundu ki, tez-tez yığışaq. Həmçinin baş məşqçi məsələsi ilə bağlı fikir mübadiləsi oldu. İşçi Qrupunun vəzifəsi dolğun informasiyalar əldə etmək və AFFA İcraiyyə Komitəsinin iclasına çıxarmaqdır. Bu yöndə nələr etmək lazım olduğu barədə danışdıq”.

Vaqif Sadıqov “üzvlər millinin baş məşqçi postunda yerli, yoxsa əcnəbi mütəxəssisi görmək istəyirlər” sualını qısaca belə cavablandırıb: “Şəxsən mən yerli baş məşqçinin tərəfdarı olduğumu bu iclasda bir daha bildirdim”.

O, növbəti onlayn iclasın dekabrın 26-da olacağını vurğulayıb: “Qərara alındı ki, bundan sonrakı iclaslara mütəxəssisləri də dəvət edək. Qonaq qismində onlar da fikirlərini bildirəcəklər. Çünki mütəxəssislərin fikirləri də önəmli olacaq”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin noyabrda keçirdiyi fövqəladə iclasında Azərbaycan yığmasının baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün İşçi Qrupunun yaradılması qərara alınıb. İşçi Qrupunun sədri AFFA-nın vitse-prezident Elşad Nəsirov təyin olunub.

Son xəbərlər

Orphus sistemi