AFFA "Neftçi" və "Sabah"ın futbolçularını cəzalandırdı

AFFA "Neftçi" və "Sabah"ın futbolçularını cəzalandırdı İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın II turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:
Futbol
15 Sentyabr , 2020 14:02
AFFA Neftçi və Sabahın futbolçularını cəzalandırdı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın II turu ilə bağlı qərarlar qəbul edilib. 

"Report"un məlumatına görə, "Keşlə" ilə səfər oyununda "Qarabağ" AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün 800 manat cərimə olunub.

Son ölkə çempionu stadiona təyin olunan vaxtdan gec gəlib və bu səbəbdən 800 manat ödəməli olacaq. 

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk “Sumqayıt”la ev qarşılaşmasında qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza ilə üzləşib, klub 200 manat cərimə olunub.

"Zirə"nin 4 oyunçusu "Səbail"lə matçda sarı vərəqə ilə cəzalandırılıb, qəsəbə təmsilçisi 800 manat cərimə ilə üzləşib.

“Sabah”dan Slavik Alxasov “Qəbələ” ilə oyunda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıb. Futbolçuya 1 oyun cəza, kluba isə 200 manat cərimə kəsilib. Əyalət təmsilçisinin 5 futbolçusu sarı vərəqə alaraq klubu 800 manat ziyana salıb. 

Son xəbərlər

Orphus sistemi