Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq Azərbaycan milli komandasının baş məşqçisinin hesabatı dinləniləcək və baş məşqçi məsələsi ilə bağlı müzakirə aparılacaq
Futbol
2 Dekabr , 2021 09:38
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Report"un məlumatına görə, tədbir saat 10:00-da Bulvar hoteldə start götürəcək.

Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər

Son xəbərlər

Orphus sistemi